Son dəqiqə

FETÖ Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Antalya Qızıl Portağal film festivalı

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi FETÖ təbliğatı səbəbilə Antalya "Qızıl Portağal" film festivalından geri çəkilib

Bakı. TurkicWorld:

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi FETÖ terror təşkilatının təbliğatı səbəbilə Antalya "Qızıl Portağal" film festivalından geri çəkilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi açıqlama verib.

"Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin mədəni və incəsənət dəyərlərinin qorunması, inkişafı və gücləndirilməsi vizyonu ilə çalışır. Nazirlik bu çərçivədə ölkəmizdə və xaricdə keçirilən yüzlərlə mədəniyyət və incəsənət tədbirinə dəstək olur. Türk kinosunun ən mühüm festivallarından biri olan Antalya "Qızıl Portağal" film festivalında sənədli film yarışması bölməsində “Kanun Hükmü” adlı sənədli film var. Bu cür əhəmiyyətli festivalda FETÖ terror təşkilatının təbliğatının aparılması qəbuledilməzdir. Bu səbəblə festivalda iştirak etməyəcəyik", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Antalya "Qızıl Portağal" film festivalı 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və bu il 60-cı dəfə keçirilir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər