Son dəqiqə

İstanbul sel

İstanbulda sel nəticəsində 32 nəfər xilas edilib

BAKI, TurkicWorld

Hadisə yerinə gələn İstanbul valisi Davut Gül indiyədək ərazidən 32 nəfərin xilas edildiyini bildirib. Onun sözlərinə görə, hazırda bölgədə köməyə ehtiyacı olan heç bir vətəndaş qalmayıb.

Vali qeyd edib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Davut Gül gələcəkdə güclü yağışlar və daşqınlar zamanı oxşar halların qarşısını almaq məqsədilə infrastrukturun təkmilləşdirilməsi və digər qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib. O, bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər