Bakı. TurkicWorld:
Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı noyabrın 29-da Gürcüstan Xarici İşlər Nazirliyinə dəvət olunub.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia səfirlə görüşdə Gürcüstan və Türkiyə arasında mövcud olan mehriban qonşuluq münasibətlərini və strateji tərəfdaşlığı vurğulayıb.
Görüş zamanı “Beşiktaş” və “Hapoel Beer-Şeva” futbol klubları arasında keçirilən matçda baş vermiş xoşagəlməz hadisə ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbətin sonunda tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.







