Son dəqiqə

Pakistan

Pakistanda silahlıların hücumu nəticəsində 11 mədənçi həlak olub

BAKI, TurkicWorld

Pakistanın cənub-qərbində, Bəlucistan əyalətinin Kohlu rayonunda naməlum silahlı şəxslərin hücumu nəticəsində 11 kömür mədəni işçisi həlak olub.

Bu barədə “Dawn” qəzeti polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edənlər şaxtaçıların olduğu iki pikapı saxlayaraq onları qaçırıblar. Daha sonra cinayətkarlar sürücüləri sərbəst buraxıb, sərnişinləri öldürüb və hadisə yerindən qaçıblar. Hadisənin digər təfərrüatları açıqlanmır.

Əfqanıstanla həmsərhəd olan Hayber-Paxtunxva və Bəlucistan əyalətlərinin payına Pakistanda törədilən terror hücumlarının 90 faizi düşür. Hər iki bölgədə müxtəlif silahlı qruplaşmalar etnik azlıqların – puştunların və bəlucların hüquqlarını müdafiə etmək bəhanəsi ilə Pakistanın təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücumlar həyata keçirirlər.

Mövzuya görə xəbərlər