Son dəqiqə

Kim kimdir?

Mikayıl Müşfiq kimdir?

Bakı. TurkicWorld:

Mikayıl Müşfiq 1908-ci il iyun ayının 5-də Bakıda anadan olub. Dövrünün tanınmış ziyalılarından biri olan atası Mirzə Əbdülqadir İsmayılzadə, Mirzə Əbdülqadir Müəllimlik ilə yanaşı şeir və qəzəllər yazıb.

Uşaq ikən valideynlərini itirdiyi üçün nənəsi və dayısının himayəsində böyüyən Müşviqin şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük rolu olub.

1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub

İbtidai təhsilini rus-tatar məktəbində alan şair, 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində, daha sonra 12 saylı II dərəcəli məktəbdə oxuyubr.

O, 1931-ci ildə Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib.

Məzun olduqdan sonra Bakı məktəblərində müəllimlik edərək əmək fəaliyyətinə başlayıb. Yeddi ilə yaxın müxtəlif məktəblərdə müəllimlik edib.

Şair 1930-cu illərdə Azərnəşrdə redaktor vəzifəsində çalışıb.

Yaradıcılıq fəaliyyətinə çox erkən yaşlarında başlayan Müşviq poetik yaradıcılığına 1926-cı ildə “Gənc İşçi” qəzetində çap edilən “Bu gün” şeiri ilə addım atıb.

1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında və “Gənc İşçi” qəzetində şeirlərini yayımlayır.

1932-ci il şairin həyatındakı ən məhsuldar illərdən biri olub. Bu dövrdə “Günün səsləri” “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilib.

Uşaq ədəbiyyatına da xüsusi önəm verən Müşfiqin yaradıcılığında “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Kəndli və ilan” nağılları, “Vuruşmalar”, “Qaya “ poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi” “Zəhra üçün” və digər şeirlərə rast gəlmək mümkündür.

1937-ci ildə çap üçün hazırladığı “Çağlayan” kitabına yaradıcılığının ən qiymətli əsərləri sayılan “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” adlı şeirllərini daxil etmiş amma kitabı çap etdirə bilmədən vəfat etmişdir.

1937-ci ildə dostlarının repressiyaya qurban getməsi ilə Mikayıl Müşfiqin çətin günlərinin başlanğıcı olur. 37-ci il repressiyası Mikayıl Müşfiqdən yan keçmir. Şair “Müsavat gənclər təşkilatı” ilə əlaəqlər saxlaması və hökümətin ünvanına böhtan atması səbəbi ilə təqib edilməyə başlanılır və xalq arasında narazılıq yaratdığı iddia edilərək iyunun 3-də həbs edilib.

Şairin həbsindən sonra Türkiyədə nəşr olunmuş 19 kitabı, türk dilində dörd müxtəlif jurnalı, altı İran nəşri, 14 foto şəkili, pasportu, hərbi bileti və əşyaları müsadirə edilib və oktyabr ayında bütün əşyalar yandırılıb.

1938-ci il yanvarın 5-ində SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verilib. Yanvar ayının 6-sında şair Nargin adasında güllələnib.

Mənbə: Personalar.az

Mövzuya görə xəbərlər