Bakı,TurkicWorld
“MÜSİAD Azərbaycan” İdarə Heyətinin Sədri. 2000-ci ildə Quba şəhər 4 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olmuşdur.
2004-cü ildə həmin Universitetin(BDU) bakalavr pilləsi, 2006-ci ildə Magistr pilləsi üzrə təhsilini başa vuraraq Magistr dərəcəsi almışdır. 2019-cu ildə təhsilini davam etdirmək məqsədi ilə Türkiyənin Bahçeşehir Universitetinin İşlətmə fakültəsinə qəbul olmuş, 2020-ci ildə həmin fakültəni bitirmiş, MBA (Master of Business Administration) dərəcəsi almışdır.
Bundan əlavə müxtəlif tarixlərdə Şimali İrlandiyanın Queen's Universitetində (Queen's University Belfast), Türkiyənin İstanbul Texniki Universitetində (İTÜ) sertifikat proqramlarında iştirak etmiş, uğurla başa vuraraq müxtəlif sertifikatlar almışdır.
Hal-hazırda İngiltərənin York Universiteti və Fransanın Strasburq Universitetində (dual diplom) EMBA (Executive Master of Business Administration) fakültəsində təhsilini davam etdirir. Əmək fəaliyyətinə 2005-ci ildə "Baku Steel Company"-də Kimyəvi sınaq laboratoriyasında laborant olaraq başlamış, daha sonra kimyaçı-mühəndis kimi fəaliyyətini davam etdirmişdir.
2008-2010-cu illər ərzində fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2010-2014-cü illər ərzində "NJT" şirkətində Satış və Marketinq şöbəsinin müdiri olaraq çalışmışdır.
2015-ci ildə "Polimart MMC"-ni təsis edərək sahibkarlıq fəaliyyətini davam etdirmişdir. Hal-hazırda həmin şirkətdə Baş İcraçı Direktor vəzifəsini icra edir.
2018-ci ildən etibarən Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü, 1 avqust 2019-cu ildən 15 dekabr 2021-ci ilədək "MÜSİAD Azərbaycan" qeyri-hökumət təşkilatının İdarə Heyəti Sədrinin müavini, Qlobal komitənin rəhbəri olaraq fəaliyyət göstərmişdir.
15 Dekabr 2021-ci ildən hal-hazıradək "MÜSİAD Azərbaycan" qeyri-hökümət təşkilatının İdarə Heyətinin sədri vəzifəsini daşıyır.
2024-cü ilin Fevral ayında Türkiyənin Bahçeşehir Universitetinin (BAU) Məşvərət şurasına üzv seçilmişdir.
Ailəlidir, 3 övladı var.