Son dəqiqə

Kim kimdir?

Haluk Bilginer kimdir?

Bakı. TurkicWorld:

Türkiyənin tanınmış aktyoru Haluk Bilginer 5 iyun 1954-cü ildə İzmirdə anadan olub. Atası Tahsin bəy sığortaçı, anası Bedriye xanım isə evdar qadın olub. Haluk Bilginer üç övladın ortancısıdır.

O, İzmir Türk Kollecinin məzunudur. Orta məktəbin son kursunda, oxuduğu məktəbin teatr truppasına daxil olub və Cahit Gürkanın tələbəsi olub.

İlk mükafatını Demokrat İzmir qəzetinin keçirdiyi lisey teatr yarışmasında alıb. O, münsiflər heyətində teatr müdiri Raqıp Haykırın dəvəti ilə İzmir Dövlət Teatrında qonaq aktyor kimi çalışıb.

Gənclik illərində İngiltərədə çox məşhurlaşıb. İş o yerə çatıb ki, o, İngiltərədə “ən xarizmatik türk” adı ilə bir jurnalın üz qabığına çıxıb.

İlk dəfə 1987-ci ildə "Gecenin Öteki Yüzü" filminin çəkilişləri üçün İstanbula gəlib və 1992-ci ildə evlənəcəyi Zuhal Olcayla bu filmin çəkiliş meydanında tanış olub.

Haluk Bilginer bir müddət İstanbul və London arasında gedib-gələrək həyatına davam edib. O, 1992-ci ildə Zuhal Olcayla evləndikdən sonra Hollivudda "İndiana Cons" serialında, Türkiyədə isə Yavuz Özkanın "İki qadın" filmində birlikdə rol alıblar. 1996-cı ildə Tomris Giritlioğlunun "80-ci Addım" filmində rol alıb, ardından "İstanbul Qanadlarımın Altında", "Usta öldür məni", "Məsumiyyət" kimi mükafatlı filmlərdə rol alıb.

Aktyorluğunu teatr səhnəsində davam etdirmək istəyən Haluk Bilginer 1990-cı ildə Ahmet Levendoğlu və Zuhal Olcayla birlikdə Teatr Studiyası qurub. O, Teatr Studiyasının "Aldatma" (Harold Pinter), "Qan qardaşları" (Uilli Rassel), "Dərin nəfəs al" (Ben Elton), "Zibil" (Turqay Nar), "İsteriya" (Terri Conson) və "Eyvan" (Jean Genet) tamaşalarında baş rolları ifa edib.

1993-cü ildə Türkiyənin ilk realiti şousu olan "Sıcağı Sıcağını" təqdim etməyə başlayıb. O, teatr qurmaq üçün Odeon kinoteatrını icarəyə götürüb və tikintiyə başlayıb, lakin 1996-cı ildə baş verən yanğınla bütün səyləri boşa çıxıb. Hələ də ruhdan düşməyən Bilginer və Olcay qrupdan ayrılaraq 1999-cu ildə Modada yenidən qurduqları salonda Oyun Atölyesini açıblar.

Aktyor, 1992-ci ildə ailə qurduğu Zuhal Olcaydan 2004-cü ildə ayrılıb. 2006-cı ildə pop sənətçisi Aşkın Nur Yengi ilə ailə quran sənətçinin bu evlilikdən Nazlı adlı qızı var. O, 2012-ci ildə Aşkın Nur Yengi ilə boşanıb.

Filmoqrafiyası:

Televiziya serialları:

EastEnders (BBC, Londra 250 bölüm)
Gecenin Öteki Yüzü
Ateşten Günler
Safiyedir Kızın Adı
Borsa
Son Söz Sevginin
Gülşen Abi
Eyvah Babam
Eyvah Kızım Büyüdü
Tatlı Hayat
Karanlıkta Koşanlar
Cesur Kuşku
Yine de Aşığım
Hayat işte
Sayın Bakanım
Sevgili Dünürüm
Spooks (BBC, 2008. 1 bölüm 3. Seri 6. Bölüm.)
Nerde Kalmıştık?
Sıkı Dostlar

Filmləri:

Kara Sevdalı Bulut
Ölürayak
The Adventures of Young Indiana Jones: Daredevils of the Desert (1992)
İki Kadın
80. Adım
İstanbul Kanatlarımın Altında
Nihavent Mucize
Masumiyet
Usta Beni Öldürsene
Harem - Suare
Fasulye
Güle Güle
Filler ve Çimen
Neredesin Firuze
Hırsız Var
Kısık Ateşte 15 Dakika
Hacivat Karagöz Neden Öldürüldü
Polis
Güneşin Oğlu
The International (film)
Devrim Arabaları

Teatr tamaşaları:

İngiltere
My Fair Lady
Kafkas Tebeşir Dairesi
Macbeth,
Pal Joey
Belami (West End`de Ken Hill`in)
Phantom of the Opera
Türkiye
Aldatma (Harold Pinter)
Kan Kardeşleri (Willy Russell)
Derin Bir Soluk Al (Ben Elton)
Çöplük (Turgay Nar)
Histeri (Terry Johnson)
Balkon (Jean Genet)
Dolu Düşün Boş Konuş (Steven Berkoff, 1999),
Ayrılış (Tom Kempinsky, 2000)
Ermişler ya da Günahkarlar (Anthony Horowıtz, 2002)
Cimri (Moliere, 2004)
Jeanne d'Arc'ın öteki ölümü (Stefan Tsanev, 2005)
Atinalı Timon (W. Shakespeare, 2006)
Evlilikte Ufak Tefek Cinayetler (Eric-Emmanuel Schmitt, 2007)

Mükafatları:

34. Antalya Film Şenliği, 1997, Masumiyet, en iyi yardımcı erkek oyuncu
10. Ankara Film Festivali, 1998, Masumiyet, en iyi erkek oyuncu
9. Sadri Alışık Ödülleri, 2004, Neredesin Firuze, en iyi erkek oyuncu
18. Ankara Uluslararası Film Festivali, Ulusal Uzun Film Yarışması, "En İyi Erkek Oyuncu" Ödülü (Polis)

Mövzuya görə xəbərlər