Son dəqiqə

İsrail Livan hərbi əməliyyatlar Livanın cənubu Regional gərginlik humanitar vəziyyət mülki əhali yaralananlar Ölənlər Livanın Səhiyyə Nazirliyi

Livanda ölənlərin sayı 3 637 nəfərə çatıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın Səhiyyə Nazirliyi martın 2-dən etibarən İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölən və yaralananların sayı ilə bağlı yeni statistika açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, hücumlar nəticəsində həlak olanların sayı 3 637 nəfərə yüksəlib.

Rəsmi məlumatda bildirilir ki, eyni dövrdə 11 188 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Nazirlik ölən və yaralananlar arasında mülki şəxslərin də olduğunu qeyd edib.

Məlumata əsasən, hücumların böyük hissəsi Livanın cənub bölgələrində və bir sıra yaşayış məntəqələrində qeydə alınıb.

Livan rəsmiləri ölkədə humanitar və təhlükəsizlik vəziyyətinin ağır olaraq qaldığını bildirirlər.

Beynəlxalq təşkilatlar isə bölgədə mülki əhalinin qorunması, humanitar yardımın genişləndirilməsi və gərginliyin azaldılması ilə bağlı çağırışlarını davam etdirirlər.

Son hadisələr fonunda Livanın cənubunda vəziyyətin gərgin olaraq qaldığı və təhlükəsizlik risklərinin davam etdiyi qeyd olunur.

Mövzuya görə xəbərlər