Son dəqiqə

Fələstin İsrail Səudiyyə Ərəbistanı İordan çayının qərb sahili Feysəl bin Fərhan

İsrailin Fələstin ərazilərindəki addımları beynəlxalq hüququ pozur - Feysəl bin Fərhan

BAKI,TurkicWorld

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışında İsrailin Fələstin ərazilərində həyata keçirdiyi siyasəti tənqid edib. O, işğal altındakı İordan çayının qərb sahilində qanunsuz yaşayış məntəqələrinin genişləndirilməsini beynəlxalq və beynəlxalq humanitar hüququn ciddi pozuntusu adlandırıb.

TurkicWorld xəbər verir ki, Feysəl bin Fərhan Səudiyyə Ərəbistanının Fələstin ərazilərində məcburi köçürmə və mövcud vəziyyətin dəyişdirilməsi cəhdlərini rədd etdiyini bildirib. O, Fələstin məsələsinin həlli üçün beynəlxalq hüquqa əsaslanan yanaşmanın vacibliyini vurğulayıb.

Nazir Səudiyyə Ərəbistanının iki dövlətli həlli dəstəklədiyini və bunun ədalətli və davamlı sülhün təmin olunmasının yolu olduğunu bildirib. Onun sözlərinə görə, Fələstin xalqının hüquqlarının təmin edilməsi regionda uzunmüddətli sabitliyin əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Feysəl bin Fərhan çıxışında İranla bağlı ABŞ və İsrail arasındakı müharibənin dayandırılması üçün aparılan vasitəçilik səylərinə də toxunub. O, Səudiyyə Ərəbistanının gərginliyin azaldılmasına yönəlmiş diplomatik təşəbbüsləri, xüsusilə Qətər və Pakistanın səylərini dəstəklədiyini bildirib.

Nazir qeyd edib ki, bu səylər regionda sabitliyin bərpasına və davam edən böhranın diplomatik yollarla həllinə töhfə verə bilər.

Mövzuya görə xəbərlər