Son dəqiqə

Fransa İsrail Böyük Britaniya Çin ABŞ Rusiya Pakistan Hindistan Şimali Koreya nüvə silahı sürətli silahlanma qlobal təhlükəsizlik strateji silahlar nüvə başlığı

Dünyanın ən böyük nüvə arsenalına malik ölkələri açıqlanıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

2026-cı ilin yanvar ayına olan qiymətləndirmələrə əsasən, dünyada təxminən 12 187 nüvə başlığı mövcuddur.

TurkicWorld xəbər verir ki, nüvə arsenalının həcminə görə dünyanın ən böyük nüvə dövləti Rusiya olaraq qalır.

Məlumata görə, Rusiyanın təxminən 5 420 nüvə başlığı var. ABŞ isə 5 042 nüvə başlığı ilə ikinci yerdə qərarlaşıb.

Hər iki ölkənin 1 550 strateji nüvə başlığına malik olduğu bildirilir. Müvafiq məhdudiyyətlər nəzərə alınmadıqda isə Rusiyanın 1 720, ABŞ-ın isə 1 770 strateji nüvə başlığı olduğu qeyd edilir.

Siyahıda üçüncü yerdə Çin qərarlaşıb. Çinin nüvə arsenalının 620 başlığa çatdığı və son dövrdə təxminən 100 başlıq artdığı bildirilir.

Fransanın 370 nüvə başlığına malik olduğu, arsenalının isə təxminən 80 başlıq artdığı qeyd olunur.

Böyük Britaniyanın 225, Hindistanın 190, Pakistanın 170, İsrailin 90, Şimali Koreyanın isə 60 nüvə başlığına sahib olduğu bildirilir.

Məlumatlara görə, Rusiya və ABŞ birlikdə dünya üzrə mövcud olan bütün nüvə başlıqlarının təxminən 86 faizinə nəzarət edir.

Ekspertlər hesab edirlər ki, nüvə silahlarının böyük hissəsinin iki dövlətin əlində cəmləşməsi qlobal təhlükəsizlik və strateji sabitlik baxımından mühüm amil olaraq qalır.

Mövzuya görə xəbərlər