Bakı,TurkicWorld
Boks üzrə Azərbaycan millisinin dörd üzvü bu gün Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatının yarımfinal mərhələsində mübarizə aparacaq.
1/4 finalın son günündə Bilalhəbaşi Nəzərov (50 kq) və Zidan Hünbətov (55 kq) da rəqiblərinə qalib gələrək yarımfinala yüksəliblər.
İkiqat Avropa çempionu Bilalhəbaşi Nəzərov çexiyalı Filip Horvatı hakimlərin yekdil qərarı ilə 5:0 hesabı ilə məğlub edib. O, finala vəsiqə uğrunda israilli David Zaxari ilə qarşılaşacaq.
Zidan Hünbətov isə serbiyalı Nikola Maksimoviçə 5:0 hesabı ilə qalib gəlib. Onun yarımfinaldakı rəqibi fransalı Kristofer İppokrat olacaq.
Daha əvvəl Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) də yarımfinala vəsiqə qazanıblar.
Beləliklə, Azərbaycan millisinin dörd boksçusu ən azı bürünc medalı təmin edib. Bu gün yarımfinalda qələbə qazanan idmançılar finalda qızıl medal uğrunda mübarizə aparacaqlar.