Bakı,TurkicWorld
Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Jozef Auna təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident,
Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".






