Son dəqiqə

İran uçuşların bərpası Təhlükəsizlik tədbirləri Mülki Aviasiya hava nəqliyyatı Hava məkanı daxili uçuşlar uçuş məhdudiyyətləri Əbuzər Şirudi aviasiya fəaliyyəti hava limanları

İran hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran hakimiyyəti ölkədə tətbiq olunan uçuş məhdudiyyətlərinin aradan qaldırıldığını və hava nəqliyyatı fəaliyyətinin mərhələli şəkildə bərpa olunduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Əbuzər Şirudi məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik şəraitinin yenidən qiymətləndirilməsi və aidiyyəti qurumlarla lazımi əlaqələndirmə işlərinin tamamlanmasından sonra məhdudiyyətlərin ləğvi barədə qərar qəbul olunub.

“Zəruri təhlükəsizlik tədbirləri və müvafiq qurumlarla koordinasiya təmin edildikdən sonra uçuş məhdudiyyətləri aradan qaldırılıb və ölkənin aviasiya fəaliyyəti planlaşdırıldığı qaydada normal rejimə qayıdır”, – deyə Şirudi bildirib.

Xatırladaq ki, son günlər baş verən hərbi hadisələrdən sonra İran bütün daxili uçuşları dayandırmış, hava məkanının bir hissəsini müvəqqəti olaraq bağlamışdı.

Yeni qərardan sonra ölkənin hava məkanında mülki aviasiya fəaliyyətinin yenidən bərpa olunacağı gözlənilir.

Bununla yanaşı, səlahiyyətli qurumlar təhlükəsizlik vəziyyətini izləməyə davam etdiklərini və əlavə tədbirlərin qüvvədə qaldığını bildiriblər.

Mövzuya görə xəbərlər