Böyük Britaniya İran

İran Böyük Britaniyaya qarşı qarşılıqlı addımlar tətbiq edib

Bakı,TurkicWorld

İranın milli mənafeyi və təhlükəsizliyinə qarşı olan ölkələrlə casusluq və əməkdaşlıq cəzalarının sərtləşdirilməsi qanununa əsasən Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) "düşmən qrupu" adlanır və bu qanunun qaydaları Böyük Britaniyanın bu qurumu ilə əlaqədar qaydaları tətbiq olunur.

Bu, İranın Xarici İşlər Nazirliyinin 1 noyabr tarixli bəyanatında öz əksini tapıb.

"ABŞ tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan olunmasına qarşılıqlı addım qanununa əsasən, bəyanat yayımlandığı vaxtdan Böyük Britaniya Krallığının Hərbi Dəniz Donanması (Navy Royal) və Krallığınn Hərbi Hava Qüvvələri (Force Air Royal) terror təşkilatları olaraq tanınır", -deyə bəyanatda qeyd olunur.

Bəyanatda əlavə olunur ki, bu qaydalar beynəlxalq hüquq normalarına uyğun olaraq və qarşılıqlı addım prinsipi çərçivəsində tətbiq olunub və bundan irəli gələn mənfi nəticələrdə qarşı tərəf məsuliyyət daşıyacaq.

Bəyanatda deyilir ki, İran Xarici İşlər Nazirliyi Ali Milli Təhlükəsizlik Şurasının qərarına əsasən Böyük Britaniyanın son bir ildə İran əleyhinə addımlarına cavab olaraq qərar verib. Böyük Britaniyanın səlahiyyətində olan hərbi bazaları, hərbi imkanları və dəstək təchizat ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarının həyata keçirilməsində rola sahib olub və Böyük Britaniya 13 iyun 2026-cı il tarixli qərarı ilə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dövlət təhdidləri qanununa şamil edib.

Mövzuya görə xəbərlər