Son dəqiqə

Kanada meşə yanğınları

Kanada yanğınlarla mübarizədə dörd ölkədən kömək alacaq

Bakı, TurkicWorld

Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan olan yanğınsöndürmə qrupları Kanadanın Alberta və Britaniya Kolumbiyası əyalətlərində yanğınların söndürülməsinə kömək etməyə gedəcək.

TurkicWorld xəbər verir ki, Kanadanın baş naziri Castin Trudeau X hesabında verdiyi açıqlamada Albertanın Jasper bölgəsində yanğınlarla mübarizənin davam etdiyini bildirib.

O, ölkədə yanğınla mübarizə aparan qruplara təşəkkür edib.

Jasper Milli Parkı ətrafında evakuasiya işləri davam edərkən, İqlim Nazirliyinə bağlı Kanada Parklarının internet saytında edilən elanda ən azı avqustun 6-na kimi parka girişin qadağan edildiyi bildirilib.

Məlumat üçün qeyd edək ki, Jasper Milli Parkında təxminən 363 kvadrat kilometr ərazinin yanğın nəticəsində məhv olduğu təxmin edilir.

Jasper Milli Parkı ətrafında yaşayan təxminən 25 min insan artan alov səbəbindən iyulun 23-də ərazini boşaltmalı olub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər