Son dəqiqə

Türkiyə ABŞ Kanada Misir Argentina Donald Tramp Qəzza zolağı Sülh Şurası Xavyer Miley

Tramp Argentinanı Qəzza üzrə Sülh Şurasının həmtəsisçiləri sırasına qoşulmağa dəvət edib

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Argentinanı Qəzza üzrə Sülh Şurasının həmtəsisçilərindən biri olmağa dəvət edib.

TurkicWorld xəbər verir ki, bu barədə Argentina Prezidenti Xavyer Miley “X” sosial media platformasında paylaşım edib.

Miley bildirib ki, sözügedən Şurada iştirak etmək Argentina üçün həm böyük məsuliyyət, həm də böyük şərəfdir.

O vurğulayıb ki, bu təşkilatın əsas məqsədi silahlı münaqişələrin hökm sürdüyü bölgələrdə sülh yolu ilə həll mexanizmlərinin təmin olunmasıdır. Onun sözlərinə görə, Qəzza zolağı Şura üçün ilk ciddi sınaq olmalıdır.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp oxşar təklifləri Kanada, Misir və Türkiyə liderlərinə də göndərib. Kanada Baş naziri Mayl Karni artıq bu təklifi qəbul edib.

Mövzuya görə xəbərlər