Son dəqiqə

ABŞ Kanada Danimarka Vaşinqton Qrenlandiya Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD)

NORAD hərbi təyyarələri ABŞ-nin Qrenlandiyadakı bazasına göndərir

BAKI, TurkicWorld

Vaşinqtonun ada ilə bağlı iddiaları fonunda Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının (NORAD) hərbi təyyarələri ABŞ-nin Qrenlandiyadakı bazasına gələcək.

TurkicWorld-un məlumatına görə, bu barədə NORAD “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, təyyarələr Pituffik bazasında ABŞ, Kanada və Qrenlandiya arasında davamlı müdafiə əməkdaşlığına əsaslanan, əvvəlcədən planlaşdırılmış müxtəlif tədbirlərə dəstək göstərəcəklər.

Məlumatda qeyd olunub ki, bu fəaliyyət Danimarka Krallığı ilə əlaqələndirilib və bütün dəstək qüvvələri müvafiq diplomatik icazələr əsasında fəaliyyət göstərir. Qrenlandiya hökumətinin də planlaşdırılan tədbirlər barədə məlumatlandırıldığı vurğulanıb.

Mövzuya görə xəbərlər