Son dəqiqə

Çin Kanada Elektrik avtomobilləri

Bu ölkə Çin elektromobilləri üçün idxal rüsumunu endirdi

BAKI, TurkicWorld

Kanada Çin istehsalı olan elektrik avtomobilləri üçün idxal rüsumlarını 100 faizdən 6,1 faizə endirib.

TurkicWorld xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Çinin Kommersiya Nazirliyi Kanadanın Çindən ildə 49 min elektromobilin aşağı tariflə idxalı üçün kvota ayırdığını açıqlayıb. Kvotanın növbəti 5 ildə 70 minə çatdırılması planlaşdırılır.

Bildirilir ki, Çin və Kanada son zamanlar qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələləri üzrə müxtəlif səviyyələrdə bir neçə dəfə intensiv məsləhətləşmələr aparıblar. Nəticədə elektromobillər, polad və alüminium məhsulları, raps toxumu, kənd təsərrüfatı və su məhsulları kimi sahələrdə ilkin razılaşmalara nail olublar.

Qeyd edək ki, Kanada 2024-cü ildən Çin elektromobilləri üçün 100 faizlik idxal rüsumları tətbiq edir. Çin də cavab olaraq Kanada məhsullarına idxal rüsumlarını qaldırıb.

Mövzuya görə xəbərlər