Son dəqiqə

Bakı Hakan Fidan: İsrail bölgəni görünməmiş böhrana sürükləyir Fidan və Əl Tani görüşü: Türkiyə Qətərin yanında olduğunu təsdiqlədi Hakan Fidan İrana qarşı mülki hücumları pislədi: Günahkar İsraildir Bölgədə alovlanan müharibə: Ankara və Doha birgə fəaliyyət planını müzakirə edir Türkiyə diplomatiyası Qətərdə: Yaxın Şərq böhranının həll yolları axtarılır

Hakan Fidan: "Bölgədəki böhranın yeganə günahkarı İsraildir"

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə keçirdiyi birgə mətbuat konfransında Yaxın Şərqdəki gərginliyə görə birbaşa İsraili ittiham edib.

TurkicWorld xəbər verir ki, Fidan Ankaranın İrandakı mülki infrastruktura və dinc əhaliyə edilən hücumları qətiyyətlə pislədiyini bildirib.

Nazir Fidan çıxışında "Bölgəmizin görünməmiş bir böhrana sürüklənməsinin əsas tərəfi və günahkarı İsraildir" deyərək, Türkiyənin bu qeyri-sabitlik fonunda Qətərin yanında olduğunu vurğulayıb. Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, Ankara bölgədə sülhün bərpası üçün Doha ilə sıx əməkdaşlığı davam etdirəcək.

Xatırladaq ki, Fidanın bu səfəri 28 fevralda ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatdan sonra yaranan kəskin eskalasiya dövrünə təsadüf edir. Türkiyə naziri Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində münaqişənin dayandırılması və regional sabitliyin təmin olunması istiqamətində silsilə danışıqlar aparır.

Mövzuya görə xəbərlər