Son dəqiqə

Bakı Pakistan və Əfqanıstan arasında Ramazan bayramı atəşkəsi elan edildi Ataullah Tarar: Əfqanıstandakı hərbi əməliyyatlar bazar ertəsinədək dayandırılır Açıq müharibədə fasilə: Pakistan və Əfqanıstan bayramda silahları susdurur Zabihullah Mücahid: Dost ölkələrin xahişi ilə atəşkəsə razılıq verdik Regionda gərginlik azalır: Pakistan-Əfqanıstan sərhədində sülh saatları

Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar dayandırıldı: Ramazan bayramı atəşkəsi

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Pakistan və Əfqanıstan hökumətləri Ramazan bayramı münasibətilə hərbi əməliyyatları müvəqqəti dayandırmaq barədə razılığa gəliblər.

TurkicWorld xəbər verir ki, Pakistanın informasiya naziri Ataullah Tarar "X" platformasında hərbi əməliyyatların çərşənbə günü gecə yarısından etibarən gələn bazar ertəsinə qədər dondurulduğunu elan edib.

Əfqanıstan tərəfi də atəşkəs qərarını təsdiqləyib. "Taliban" hökumətinin sözçüsü Zabihullah Mücahid bildirib ki, bu addım Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi dost islam ölkələrinin xahişi ilə atılıb. Lakin o, həmçinin xəbərdarlıq edib ki, Kabil istənilən təcavüzə qətiyyətlə cavab verəcək.

Xatırladaq ki, fevralın 26-dan etibarən Pakistanın hava zərbələri ilə "açıq müharibə" fazasına keçən bu gərginlik regionda son illərin ən ağır böhranı hesab olunur. İslamabad Kabili "Pakistan Talibanı"na (TTP) sığınacaq verməkdə ittiham edir, Əfqanıstan isə bu iddiaları rədd edir. Bu müvəqqəti atəşkəs iki qonşu ölkə arasında gərginliyin azaldılması üçün mühüm fürsət kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər