Son dəqiqə

Bakı Horovlu kəndində Novruz coşqusu: Yeni kənd bazarı istifadəyə verildi Cəbrayılda Böyük Qayıdışın bayram rəmzi: Horovlu festivalı və yarmarka Horovluda bayram tonqalı: Cəbrayıl sakinləri bir araya gəldi Prezidentin xüsusi nümayəndəliyinin təşəbbüsü: Cəbrayılda sərgi-satış yarmarkası Horovlu kənd parkında Novruz personajları və kreativ səməni müsabiqəsi

Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən fermer və investorlar üçün satış imkanı yaradılıb.

TurkicWorld xəbər verir ki, Cəbrayıl şəhəri, Cocuq Mərcanlı və Horovlu kəndlərinin sakinləri üçün təşkil edilmiş festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin musiqiçilər, xanəndələr, aşıqlar, xor kollektivi, rəqqaslar və incəsənət xadimlərinin ifasında əyləncəli konsert proqramı təşkil olunub. Uşaqlar üçün xüsusi zonada kukla teatr tamaşası göstərilib, interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.

İştirakçılar Novruz bayramının əsas simvolu kimi hazırladıqları kreativ səmənilərlə müsabiqəyə qatılaraq birincilik uğrunda mübarizə aparıblar. İctimai xadimlərdən ibarət münsiflər heyəti kreativlik, estetiklik və digər kateqoriya üzrə qalibləri müəyyən ediblər. Müxtəlif nominasiyalarda qalib gələn iştirakçılara sponsorlardan hədiyyələr təqdim olunub. Ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass olduqca maraqla qarşılanıb. Horovlu kənd parkında təşkil edilən festivalda qonaqlar sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar.

Kəndirbazlar, pəhlivanlar, yumurta boyayayanlar və digərlərinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.

Mövzuya görə xəbərlər