BAKI, TurkicWorld, Orxan Qədirzadə
18 mart tarixində Grand Hall-da Sea Breeze və ölkənin aparıcı səhiyyə operatorlarından biri olan Referans Medical Group arasında əməkdaşlığa dair memorandum imzalanıb. Tərəfdaşlıq Sea Breeze şəhər-kurortu ekosistemi çərçivəsində kompleks tibbi xidmət sisteminin formalaşdırılmasına və rezidentlər üçün əlavə üstünlüklərin yaradılmasına yönəlib. Referans Sea Breeze Hospital-ın açılışı yaxın zamanda gözlənilir.
TurkicWorld xəbər verir ki, sənədi Sea Breeze-in kommersiya direktoru Ayaz Tağıyev və Referans Sea Breeze Hospital-ın direktoru Sevda Cəfərova imzalayıblar.
“Referans klinikasının yaxın zamanda Sea Breeze ərazisində fəaliyyətə başlayacağını və bu gündən etibarən tərəfdaşımız olduğunu məmnuniyyətlə qeyd edirik. Bu əməkdaşlıq xidmətlərimizi genişləndirəcək və rezidentlər üçün əlavə tibbi imkanlar yaradacaq”, — deyə Sea Breeze-in kommersiya direktoru Ayaz Tağıyev bildirib.
Razılaşma çərçivəsində Sea Breeze rezidentləri üçün fərdiləşdirilmiş tibbi xidmət paketi nəzərdə tutulur. Bu paketə ildə bir dəfə Referans Sea Breeze Hospital-da Check-up proqramı (terapevt konsultasiyası, laborator analizlər, USM, EKQ və rentgen), ildə üç dəfə həkimin evə gəlişi, şəhər-kurortu ərazisində iki dəfə təcili tibbi yardım çağırışı, həmçinin ixtisaslaşmış həkimlərlə onlayn konsultasiyalar daxildir.
Bundan əlavə, Sea Breeze rezidentlərinə Referans Sea Breeze Hospital-da laborator, diaqnostik və ambulator xidmətlərə 10% endirim təqdim olunur.
Tərəfdaşlıq Sea Breeze-in kompleks şəhər-kurortu kimi mövqeyini daha da gücləndirir, infrastrukturun inkişafını tibbi xidmətlərin inteqrasiyası ilə tamamlayaraq rezidentlər üçün komfort və həyat keyfiyyətini artırır.
