Son dəqiqə

Emin Ağalarov Sea Breeze

"Sea Breeze"də 11 milyondan çox ağac və digər bitki əkilib - Emin Ağalarov

BAKI,TurkicWorld

"Agalarov Development" şirkətinin prezidenti, "Sea Breeze" kurort-şəhərinin təsisçisi Emin Ağalarov layihənin inkişafı, infrastrukturun genişləndirilməsi və investisiya strategiyası barədə danışıb.

TurkicWorld xəbər verir ki, sahibkar "İnvestisiyaların yeni coğrafiyası" sessiyası çərçivəsində moderator – "Kommersant FM" radiosunun aparıcısı Pyotr Kosenkonun suallarını ccavablandırıb.

E.Ağalarovun sözlərinə görə, "Sea Breeze"də bölgənin iqliminə uyğunlaşdırılmış bitkilərdən istifadə edilməklə genişmiqyaslı yaşıllaşdırma işləri davam etdirilir. Artıq 11 milyon ağac və digər bitki əkilib.

"Biz İspaniyadan bitkilər- palmalar, aqavalar, rozmarin və digər növlər gətiririk. Onları 20 il ərzində seçmişik ki, iqlimə, küləyə və duzlu mühitə davam gətirsinlər. Hazırda onlar çox yaxşı uyğunlaşırlar", - deyə o bildirib.

"Sea Breeze"in təsisçisi vurğulayıb ki, layihənin inkişafı yollar, enerji təchizatı və su ehtiyatları daxil olmaqla müasir infrastrukturun yaradılması sayəsində mümkün olub.

"Əvvəllər su çatışmazlığı var idi və bahalı həll yollarından istifadə etməli olurduq. Bu gün mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmuşuq ki, bu da yaşıllaşdırmanın və ərazinin inkişafının əhəmiyyətli dərəcədə genişləndirilməsinə imkan verib", - deyə E.Ağalarov qeyd edib.

Onun sözlərinə görə, su təchizatı sisteminin dayanıqlılığına və yaşıllıqların qorunması üçün ehtiyat güclərin yaradılmasına xüsusi diqqət yetirilir.

O həmçinin vurğulayıb ki, layihənin investisiya modeli yeni investor nəslinə yönəlib və inkişaf çevik maliyyə alətləri, eləcə də maksimum gəlirlilik zəmanətləri ilə müşayiət olunur.

"Biz 20 il ərzində qurduğumuz təmələ əminik və investorlara aydın və şəffaf şərtlər təklif edə bilirik", - deyə "Agalarov Development" şirkətinin prezidenti əlavə edib.

Mövzuya görə xəbərlər