Son dəqiqə

Kəlbəcər Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Mədəniyyət Nazirliyi Audiovizual Şura Azərbaycan Respublikası Kino Agentliyi Zəfərə açılan pəncərə bədii-sənədli filmi Mübariz Əsgərov Dilqəm Əsgərov Qulp Studiyası Referans Medical Group

Zəfərə açılan pəncərə bədii-sənədli filminin təqdimatı keçirilir

BAKI, TurklicWorld

Nizami Kino Mərkəzində "Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilir.

TurklicWorld xəbər verir ki, zəfərimizin 5 illiyinə həsr olunan filmin müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovdur.

Ümumi xronometrajı 44 dəqiqə olan film erməni seperatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov haqqındadır.

Filmdə həbsxananı addım-addım gəzən Dilqəm yaşadığı istirablı anları danışır. Onun Kəlbəcərə gizli keçdiyi yollar, gecələr qaldığı yerlər, tutulduğu meşə, ata ocağı və s. məkanlar lentə köçürülüb.

Ekran əsəri təkcə Dilqəm Əsgərov haqqında yox, ümumilikdə Qarabağ müharibəsinin əsir və girovları haqqındadır.

Film Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Audiovizual Şura, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, "Qulp" Studiyası və "Referans Medical Group"un birgə təşkilatçılığı və dəstəyi ilə çəkilib.

Mövzuya görə xəbərlər