Son dəqiqə

Heydər Əliyev Fondu Milli Musiqi Günü Üzeyir Hacıbəyli Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Mədəniyyət Nazirliyi Beynəlxalq Musiqi Festivalı Azərbaycan Musiqisi

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

BAKI,TurkicWorld

Dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin adı Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazılıb. Sentyabrın 18-də böyük musiqi xadiminin anadan olmasının 141-ci ildönümüdür.

2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı keçirilir. Musiqi bayramı hər il bir sıra ölkələrdən tanınmış ifaçı və kollektivləri bir araya gətirir.

18-30 sentyabr tarixlərini əhatə edən builki festivalın da zəngin proqramı var. Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda konsert proqramları, tamaşa nümayişləri, sərgilər, təqdimatlar və digər mədəni tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində Özbəkistan, Almaniya və Türkiyədə də müxtəlif səpkili tədbirlər keçiriləcək.

Builki festival eyni zamanda Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı ilə yadda qalacaq.

Mövzuya görə xəbərlər