Son dəqiqə

Prezident İlham Əliyev

İcbari Tibbi Sığorta Agentliyinin səlahiyyətləri ƏƏSMN-ə həvalə edilib

BAKI, TurkicWorld

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, İTSDA və ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.

Mövzuya görə xəbərlər