Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrailin hücumları nəticəsində 10 fələstinli həyatını itirib

Bakı, TurkicWorld

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlar nəticəsində 10 fələstinli həyatını itirib.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Birliyi Telegramda açıqlama verib.

İsrailin Qəzzanın mərkəzi hissəsindəki əl-Zuveyda və cənubda Xan Yunus şəhərində iki evə hücum etdiyi bildirilib. Hücum nəticəsində 6 nəfərin həyatını itirdiyi qeyd edilib.

Xan Yunusun Ketibe bölgəsindəki El-Erneb küçəsində 2, Qəzza şəhərinin qərbindəki El-Emel oteli yaxınlığında isə daha 2 nəfər hücum nəticəsində ölüb.

Açıqlamada hücuma məruz qalan bölgələrdə çox sayda fələstinlinin yaralandığına dair məlumatlar yer alıb, lakin yaralıların sayı ilə bağlı dəqiq rəqəm verilməyib.

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 172-si uşaq və 10 min 798-i qadın olmaqla 39 min 175 fələstinli ölüb, 90 min 403 nəfər yaralanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər