Son dəqiqə

Türkiyə

Türkiyədə şiddətli yağışla bağlı xəbərdarlı edilib

Bakı, TurkicWorld

Türkiyənin şimal və şərqində gözlənilən güclü yağışla əlaqədar 11 əyalət üçün “sarı” kod xəbərdarlığı edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Ümumi Müdirliyi açıqlama verib.

Son hesablamalara görə, şimal-şərqdə Ardahan, Erzurum, Gümüşhane, Bayburt, şərqində Erzincanın, Karsın şimalında və Artvinin daxili seqmentlərində, şərqində Kastamonu, şimalında Çorum, Sinopun daxili və daxili seqmentlərində Samsunun qərb seqmentlərində yerli şiddətli yağış gözlənilir.

Qeyd edilib ki, yağış zamanı qəfil sel, daşqın, şimşək çaxması, yerli dolu, güclü külək kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq lazımdır.

Hafiz Rufizoğlu

\

Mövzuya görə xəbərlər