Bakı. TurkicWorld
İsrail Suriyada 100 ildə bir yaranan fürsətdən istifadə edəcək
İsrailin baş naziri Benyamin Netanyahunun Suriya ərazisinin yeni işğalının İbrani dövlətinin təhlükəsizliyini ekstremist hücumlardan qorumaq məqsədi ilə “müvəqqəti tədbir” olduğunu iddia etməsi, xüsusən də ordusunun müdafiə qabiliyyətini məhv etməsindən və ölkəyə külli miqdarda ziyan vurmasından sonra səmimi görünmür. İsrail Suriya ərazisinə girməyini müvəqqəti təhlükəsizlik tədbiri adlandırsa da, bu ciddi görünmür, işğalın başqa məqsədləri var.
TurkicWorld bu barədə Arab.AZ-a istinadən xəbər verir.
İsrail Əsəd rejimin bu qədər tez devriləcəyini gözləmirdi eyni zamanda Tel-Əviv Türkiyənin təsirinin bu qədər dərin olacağını və onun hərbi imkanlarının Suriyaya nəzarətdə bu qədər uğurlu olacağını təsəvvür etmirdi.
İsrailin Suriyanın yeni ərazilərini işğaı etməsi,ani hadisələr və reallıq qarşısında kiçik göründü. Buna görə də, israillilər alternativ planlar hazırlamağa başladılar, bunların mahiyyəti Tel-Əvivə “Levant tortu”ndan böyük pay qazanmaqdan ibarət idi.
Knessetin (İsrail parlamenti) Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin keçmiş sədri Zvi Hauzerin dediyi kimi, “Bu, yalnız yüz ildə bir dəfə baş verən bir fürsətdir ”.
İsrail hökumətindəki Milli Təhlükəsizlik Şurası, eləcə də milli təhlükəsizlik üzrə bir çox tədqiqatçılar Suriyanın dağılması üçün bu “nadir tarixi fürsət”in “qısa müddətdə böyük nailiyyətlərə necə çevrilə biləcəyini” araşdırmağa davam edirlər.
İsrail hesab edir ki, bu gün Suriyada üzləşdiyi suriyalılar deyil, Türkiyədir. O, öz şərq sərhədlərində Türkiyənin təsirinin İran təsiri ilə əvəzləndiyi bir dövlət görmək istəmir. Ankara Tehrandan fərqli olsa da; NATO-nun üzvü olan və İsraillə birbaşa əlaqə saxlayan İsrail kəşfiyyatının rəhbəri Ronen Bar noyabrın 18-də Türkiyəyə səfər edib və Əsəd rejiminə hücumla bağlı məlumat alıb… ( Bu xəbər rəsmi olaraq hələ də təsdiqini tapmayıb)
Təl-Əviv prezident Rəcəb Tayyib Ərdoğanı anlayır onun bölgədə necə güc sahibi olduğunu da yaxşı bilir.
Suriya “kürdlərinə” əslində isə YPG-yə dəstək
Təl-Əviv baş verənlərə böyük güc nümayişi ilə cavab verir. Birincisi, İsrail Hərbi Hava Qüvvələrinin tarixində misli görünməmiş böyük hərbi əməliyyatla Suriya ordusunu tamamilə məhv edərək və hazırda Türkiyənin nəzarətində olan İdlib və Hələb kimi ərazilər də daxil olmaqla, Suriyanın uzunluğu və eni boyu reydlər həyata keçirir.
İsrail daha öncə də “kürdlərə dəstək” adı altında YPG-yə silah təklif edib.İsrail onlara Livan və Qəzzadan ələ keçirdiyi silah, texnika, sursat və digər silahları Türk pilotsuz uçan aparatlarına qarşı verməyə hazır olduğunu bildirib.
İsrail Suriya coğrafiyasını dəyişdirmək və Suriyanın indiki sərhədlərini müəyyən edən “Sykes-Picot” razılaşmalarının nəticələrini ləğv etmək istəyini gizlətmir . Tel-Əvinin planında Suriya ərazisində dörd dövlətin qurulmasıdır.
Biri Türkiyənin şimaldakı tərəfdarları üçün, digəri kürdlər üçün, üçüncüsü isə Dürzilər, sonuncusu isə zəif Suriya dövlətidir. Belə olan halda İsrail bütün Colan təpələrini əla keçirir ki, bu da ona əzif qonşusuna sözün əsl mənasında yuxarıdan aşağı baxmağa imkan verəcək. İsrail hesab edir ki, zamanla “Dürzi dövləti” və parçalanmış Suirya dövləti İranın təsirinə keçəcək ki, bu da türklərin regionda təsirinin qarşısını alacaq.
2009-cu ildə Netanyahunun hökumət katibi vəzifəsində çalışmış Hauzerin sözlərinə görə, “İsrail regional fövqəldövlət kimi çıxış etməli, fəal hərəkət etməli və hər kəsi fakt qarşısında qoymalıdır.” Onun fikrincə,“İsrailin Suriya sahəsindəki fəaliyyəti dünənki reallığa qarşı yox, sabahın reallığına qarşı sınaqdan keçirilməlidir”.
Bu kontekstdə digər israilli ekspertlər Suriya torpaqlarında Türkiyə ilə hərbi toqquşma təhlükəsi barədə xəbərdarlıq edərək, ordunun qurudakı hərəkətlərinin bu kimi mümkün hadisələrlə uyğunlaşmalı olduğunu vurğulayıblar. Hesab olunur ki, Türkiyə İsrail ordusunun Suriyada güclü şəkildə mövcud olduğunu və həqiqətən döyüşməyə hazır olduğunu tam dərk edəcək döyüşdən qaçınacaq.
Bütün bunları nəzərə alaraq, demək olar ki, İsrailin Suriyadakı mövcudluğu müvəqqəti xarakter daşımır, əksinə oradakı vəziyyətin mənzərəsi tam aydınlaşana və ya Türkiyə ilə təsir paylaşımı ilə bağlı anlaşmaya çatana qədər uzun müddət qalmağı hədəfləyir..
Tel-Əviv bunu yalnız hər 100 ildə bir dəfə baş verən tarixi fürsət kimi görür.