Son dəqiqə

Türkiyə THY Ginnesin Rekordlar Kitabı

THY Ginnesin Rekordlar Kitabı sertifikatını qazanıb

Bakı, TurkicWorld

2012-ci ildən bu yana dünyanın ən çox ölkəsinə uçan hava yolu şirkəti ünvanına sahib olan Türk Hava Yolları (THY) bu uğurunu Ginnesin Rekordlar Kitabına yazdırıb.

TurkicWorld xəbər verir ki, THY Baş direktoru Bilal Ekşi, Ginnesin Rekordlar Kitabı səlahiyyətliləri və THY rəhbərlərinin qatıldığı mərasimdə etdiyi çıxışda, bu gün açılan ən yeni marşrut Çilinin paytaxtı Santyaqoda olmaqdan və bu ünvanı almaqdan xoşbəxt olduqlarını bildirib.

Bilal Ekşi, bu uğurla əlaqədar olaraq, təşkilatın dünyadakı insanları, mədəniyyətləri və destinasiyaları birləşdirmək missiyasını gücləndirdiyini qeyd edib. Çiliyə ilk uçuşunun ardından THY-yə Ginnesin Rekordlar Kitabından sertifikat təqdim olunub.

Qeyd edək ki, THY, yalnız son 12 ayın aktiv marşrutlarına əsaslanaraq 120 ölkəyə uçuşla bu rekordu qırıb, hal-hazırda isə uçuş şəbəkəsi 131 ölkəyə yayılıb. Yeni marşrutlardan biri də Çiliyə açılan uçuşdur və bu, THY-nin Amerika qitəsindəki ümumi istiqamət sayını 26-ya çatdırır.

THY, uzun uçuşlar üçün pulsuz otel yerləşdirmə və İstanbulun tarixi yerlərini tanıdan pulsuz bələdçili proqramlar kimi geniş xidmətlər təqdim edir. Yeni marşrut, həmçinin Cənubi Amerikaya səyahət edən qonaqlara Çilinin təbii və mədəni gözəlliklərini kəşf etmək imkanı verir.

Mövzuya görə xəbərlər