Bakı, TurkicWorld
Türk cüdoçu İbrahim Bölükbaşı Paris 2024 Paralimpiya Oyunlarında cüdo üzrə kişilər arasında +90 kilo J2 kateqoriyasında qızıl medal qazanıb.
TurkicWorld xəbər verir ki, Champ-de-Mars Arenada keçirilən cüdo yarışlarında İbrahim Bölükbaşı finalda son Avropa çempionu, Tokio 2020-nin gümüş medalını qazanan Revaz Çikoidze ilə üz-üzə gəlib.
Gürcüstanlı rəqibinə 1:0 hesabı ilə qalib gələn atlet Türkiyənin Paralimpiya Oyunları tarixində ilk qızıl medalını qazanıb.
Hafiz Rufizoğlu