Bakı, TurkicWorld
Türkiyə vətəndaşının ölümü hərtərəfli araşdırılmalıdır.
TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) açıqlama verib.
BMT, İordan çayının qərb sahilinin Nablus şəhərində İsrail əsgərlərinin Türkiyə əsilli Amerika vətəndaşı Ayşenur Ezgi Eyginin öldürülməsi ilə bağlı hərtərəfli araşdırma aparılmasını və cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
"Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı hərtərəfli araşdırma aparılmasını və məsul şəxslərin məsuliyyətə cəlb olunmasını istəyirik. Mülki vətəndaşlar bütün hallarda müdafiə olunmalıdır." – deyə açıqlamada qeyd edilib.
BMT araşdırmaların "münaqişə bitdikdən" sonra aparılmasına üstünlük verəcəyini vurğulanıb.
Məlumat üçün qeyd edək ki, İsrail ordusu İordan çayının qərb sahilinin Nablus şəhərində Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygini qətlə yetirib.
Hafiz Rufizoğlu