Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrail ordusu Fələstindəki elektrik naqillərini hədəf alıb

Bakı, TurkicWorld

İsrail ordusunun İordan çayının qərb sahilinə davam edən hücumlarının Cenin şəhərinin bəzi məhəllələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu barədə fələstinli mülki əhali deyib

İsrail ordusunun Cenin şəhərinə hücumları nəticəsində infrastrukturu dağıdan və elektrik şəbəkəsinə ziyan vurmasına görə bəzi məhəllələrdə və Cenin Qaçqınlar Düşərgəsində elektrik enerjisi kəsilib.

İordan çayının qərb sahilinin şimal bölgəsindəki Elektrik Paylayıcı Şirkəti İsrail ordusunun Cenində şirkətin binasına və avtomobillərinə hücumunu pisləyən yazılı açıqlama verib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər