Bakı, TurkicWorld
Qəzzada xəstəxanalar yenidən döyüş meydanına çevrilib və səhiyyə sistemi ciddi təhlükə altındadır.
TurkicWorld xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru deyib.
İsrail ordusu cümə günü Kamal Advan xəstəxanasında 240-dan çox adamı, o cümlədən direktor doktor Hussam Abu Safiyanı saxlayıb.
ÜST-ün rəhbəri Tedros Adhanom Ghebreyesus, Dr Əbu Səfiyənin dərhal azad edilməsinə çağırıb.
“Təkrar edirik xəstəxanalara hücumları dayandırın. Qəzzada insanların tibbi xidmətə ehtiyacı var.Atəşkəs!”,- deyə o X sosial media hesabında yazıb.