Bakı, TurkicWorld
Cenevrədə yerləşən Avro-Aralıq Dənizi İnsan Haqları Təşkilatı (Euro-Med) İsrailin Qəzza Zolağının şimalında törətdiyi ciddi insan haqları pozuntuları barədə bəyanat yayıb.
TurkicWorld xəbər verir ki, İsrail ordusunun 27 dekabrda Kemal Advan Xəstəxanasına hücumları zamanı həyata keçirilən əməlləri insanlığa qarşı cinayətlər kimi qiymətləndirib.
Euro-Med-in açıqlamasına görə, İsrail ordusunun hücumları zamanı mülki əhalinin qəsdən öldürülməsi, tibbi işçilərə və köçkün qadınlara qarşı fiziki zorakılıq, habelə xəstəxanaya edilən bombalı hücumlar ciddi insan hüquqları pozuntuları siyahısındadır.
Açıqlamada qeyd olunub ki, İsrail ordusu hücum zamanı robot texnologiyasından istifadə edərək xəstəxananı boşaltmış və müəyyən hissələrini yandırmışdır. Əllərində ağ bayraq daşıyan yaralı mülki şəxslərin belə qətlə yetirildiyi, xəstəxana direktoru Husam Əbu Səfiyə və digər tibbi işçilərin isə saxlanılaraq naməlum istiqamətə aparıldığı bildirilib.
Hücumdan əvvəl 400 mindən çox insana səhiyyə xidməti göstərən və Qəzzanın ən böyük xəstəxanası olan Kemal Advan Xəstəxanası, hazırda fəaliyyətini tamamilə dayandırıb. İsrail ordusu xəstəxananı mühasirəyə alaraq tibb işçiləri və yaralıları çıxmağa məcbur edib, daha sonra xəstəxananın bəzi hissələrini yandırıb.
Euro-Med, beynəlxalq ictimaiyyəti və insan hüquqları təşkilatlarını İsrailin bu hərəkətlərini dayandırmağa çağırıb. Təşkilat, Qəzzadakı vəziyyətin beynəlxalq hüququn ciddi şəkildə pozulduğunu göstərdiyini və bu hadisələrin təcili araşdırılmalı olduğunu vurğulayıb.