Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq

Bakı. TurkicWorld:

Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq”.

Mövzuya görə xəbərlər