Son dəqiqə

İsrail Binyamin Netanyahu Qəzza HƏMAS

ABŞ-ın Qəzzada atəşkəsə çox yaxınıq iddiası doğru deyil-Binyamin Netanyahu

Bakı,TurkicWorld

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ administrasiyasının “Qəzzada atəşkəs razılaşmasının 90 faizi tamamlanıb” bəyanatını rədd edərək, atəşkəs razılaşmasının yaxın olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, Netanyahu Amerikanın Fox News kanalına verdiyi müsahibədə Qəzzada mümkün atəşkəslə bağlı son vəziyyəti və Tel-Əvivin prosesə yanaşmasını dəyərləndirib.

Netanyahu "Bayden administrasiyasının Qəzzada atəşkəs razılaşmasının 90 faizinin tamamlandığına dair bəyanatını doğru hesab edirsinizmi?" – Yox, bu doğru deyil -deyə cavab verdi.

ABŞ prezidenti Co Baydenin ictimaiyyətə açıqladığı razılaşmaya da və iyul ayında gündəmə gələn razılaşmaya da HƏMAS-ın “yox” dediyini iddia edən Netanyahu, HƏMAS-ın tək istəyinin “İsrail əsgərlərinin Qəzzanı tərk etməsi” olduğunu iddia edib.

Keçən həftə sonu 6 israilli məhbusun ölümündən sonra hələ də İsraildən güzəştə getməyi gözləməyin yanlış olduğunu ifadə edən Netanyahu, adlarını çəkmədən ABŞ rəhbərliyinə “Bizim yerimizə HƏMAS-a güzəştə getmələri üçün təzyiq göstərin” mesajını verdi.

Filadelfiya dəhlizinə nəzarət edəcəklərini vurğulayan Netanyahu, bunu "HƏMAS-ın Qəzzada yenidən silahlanmasının qarşısını almaq" və "əsirlərin Misirə qaçırılmasına əngəl olmaq" üçün etdiklərini müdafiə etdi.

Təl-Əvivdəki kabinetində bu məsələni müzakirə etdiklərini və demək olar ki, hər kəsin dəhlizdən çıxamamaqla bağlı həmfikir olduğunu deyən İsrail baş naziri bu məsələdə İsrail ictimaiyyətinin onun arxasında dayandığını müdafiə etdi və dəhlizi tərk etməyəcəklərini təkrarladı.

Hazırda atəşkəs razılaşmasının yaxın olmadığını vurğulayan Netanyahu bütün bu vəziyyətə görə HƏMAS-ın məsuliyyət daşıdığını iddia edib.

ABŞ prezidenti Baydenin “Netanyahu atəşkəs üçün daha çox səy göstərməlidir” şərhi ilə bağlı suala isə Netanyahu “Prezidentin nə demək istədiyini bilmirəm", - deyə qeyd edib.

Qeyd edək ki, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi dünən keçirdiyi telekonfransda Qəzzada atəşkəs razılaşmasının 90 faizinin mahiyyətcə tamamlandığını və iki ölkə arasında “məhbuslarla əsirlərin mübadiləsi” və “Filadelfiya dəhlizi” ilə bağlı danışıqların isə tərəflər arasında davam etdiyini bildirmişdi.

Mövzuya görə xəbərlər