Son dəqiqə

Roma Roma papası Fransisk Qəzza

Qəzzadakı humanitar vəziyyət qəbuledilməzdir - Papa Fransisk

Bakı,TurkicWorld

Roma Papası Fransisk Qəzzadakı humanitar vəziyyəti sərt şəkildə tənqid edib.

TurkicWorld xəbər verir ki, Vatikan diplomatlarına etdiyi illik müraciətində Papa Fransisk, Fələstində davam edən humanitar böhranı ciddi dərəcədə utancverici hesab etdiyini bildirib.

Xüsusilə, Qəzzada elektrik enerjisinin olmaması və bunun nəticəsində xəstəxanaların fəaliyyətsiz qalması səbəbindən qış soyuğunda uşaqların donaraq ölməsinə diqqət çəkən Papa, bu vəziyyəti qətiyyətlə pisləyib.

"Uşaqların donaraq ölməsini qəbuledilməzdir, xəstəxanalar dağıdılıb və ölkənin enerji şəbəkəsi də zədələnib. Biz heç bir şəkildə mülki şəxslərin bombalanmasını qəbul edə bilmərik. " - deyə vurğulayıb.

Papa Fransisk humanitar vəziyyəti bəşəriyyətə qarşı ciddi cinayət adlandıraraq , İsraili kəskin şəkildə qınayıb. Onun fikrincə, münaqişədə günahsız mülki əhali ən böyük itkiləri verir və bu, hər hansı hərbi əməliyyat üçün əsaslı bəraət ola bilməz.

Papa Fransisk İsrail-Fələstin münaqişəsinin dərhal dayandırılmasını və beynəlxalq ictimaiyyətin humanitar vəziyyəti yüngülləşdirmək üçün dərhal addım atmasını tələb edib. O, xüsusilə xəstəxanaların fəaliyyətini bərpa etmək, enerji təminatını yaxşılaşdırmaq və mülki əhalinin müdafiəsini gücləndirmək üçün beynəlxalq dəstəyə ehtiyac olduğunu qeyd edib.

Mövzuya görə xəbərlər