Son dəqiqə

Türkiyə ABŞ Ukrayna Vladimir Putin Rəcəb Tayyib Ərdoğan Avropa Hakan Fidan Qəzza

Hakan Fidan ABŞ-da Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Mayamiyə səfəri zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ, Avropa və Ukrayna nümayəndələri ilə Ukraynadakı nizamlama ətrafında aparılan müzakirələrin hazırkı vəziyyətini müzakirə edib.

TurkicWorld-un məlumatına görə, bu barədə nazir Türkiyə KİV-lərinə deyib.

"Bu həftə sonu Qəzza görüşünə Ukrayna ilə bağlı danışıqlar əlavə olunub. Amerikalılar, avropalılar və ukraynalılarla sülh danışıqları kontekstində son inkişafları müzakirə etdik və onların fikirlərini öyrəndik. Bildiyiniz kimi, Prezidentimiz [Tayyib Ərdoğan] bu yaxınlarda Türkmənistana səfər etdi və orada Rusiya Prezidenti Vladimir Putinlə uzun söhbət etdi. Beləliklə, müzakirə olunan məsələlərlə bağlı Rusiya tərəfinin fikirlərini birbaşa öyrənə bildik. Dünən həmçinin amerikalıların, avropalıların və ukraynalıların öz aralarında müzakirə etdikləri məsələlərlə bağlı mövqelərini öyrəndik", - deyə nazir bildirib.

Mövzuya görə xəbərlər