Son dəqiqə

Türkiyə Türkiyə Prezident Administrasiyası Əhməd Burak Dağlıoğlu

Türkiyə regional investisiya mərkəzi mövqeyini gücləndirir

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə beynəlxalq biznes üçün əlverişli investisiya mühiti yaradaraq regionun əsas iqtisadi və maliyyə mərkəzlərindən biri statusunu daha da möhkəmləndirir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İnvestisiya Ofisinin rəhbəri Əhməd Burak Dağlıoğlu Türkiyə-Belçika biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ankara son illərdə investorlar üçün daha cəlbedici iqtisadi mühit formalaşdırmaq məqsədilə ardıcıl islahatlar həyata keçirir. Dağlıoğlu qeyd edib ki, Türkiyə son 20 ildə orta hesabla illik 5 faizdən çox iqtisadi artım nümayiş etdirərək qlobal böhranlar fonunda belə dayanıqlığını qoruyub saxlayıb.

Əhməd Burak Dağlıoğlu vurğulayıb ki, Türkiyə Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşməsi sayəsində artıq regional iqtisadi cəhətdən güclü status qazanıb və hazırda qlobal iqtisadi gücə çevrilməyi hədəfləyir.

Məlumata görə, hazırda Türkiyədə yüzlərlə beynəlxalq şirkət fəaliyyət göstərir. Bunların arasında 700-dən çox Belçika şirkəti yer alır və onların ümumi investisiya həcmi 8 milyard dolları ötür.

Türkiyə hökuməti xüsusilə yüksək texnologiyalar, müdafiə sənayesi, logistika və yaşıl enerji sektorlarının inkişafına üstünlük verir. Rəsmi Ankara hesab edir ki, bu sahələr ölkənin qlobal iqtisadi sistemdə mövqelərini daha da gücləndirəcək.

Forumda həmçinin Türkiyə ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni investisiyaların cəlb olunması məsələləri də müzakirə edilib.

Mövzuya görə xəbərlər