BAKI,TurkicWorld Yusif Şərifzadə
İki milyon barel İraq xam nefti daşıyan Çinə məxsus supertanker, "Yuan Hua Hu", Hörmüz boğazını uğurla keçib.
TurkicWorld xəbər verir ki, gəmi izləmə məlumatlarına əsasən, tanker hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin İran gəmilərinə qarşı yaratdığı blokadaya baxmayaraq, Oman körfəzi yaxınlığında lövbər salıb.
Bu, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından sonra Çin neft tankerinin sözügedən su yolundan keçməsi ilə məlum olan üçüncü haldır.
İran son günlər boğaza nəzarəti gücləndirərək, regionda neft və mayeləşdirilmiş təbii qazın daşınması üçün İraq və Pakistanla razılaşmalar əldə edib. Həmçinin, digər ölkələr də oxşar razılaşmaların imkanlarını araşdırırlar.







