BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ prezidenti Donald Tramp, Çin Xalq Respublikasının liderləri tərəfindən təntənəli şəkildə hava limanında qarşılanıb.
TurkicWorld xəbər verir ki, Ağ Evin verdiyi məlumata görə, Trampın “Air Force One” təyyarəsinin enişindən sonra, Çin tərəfindən qırmızı xalça sərilib və yüksək səviyyəli qarşılanma mərasimi təşkil olunub.
Çin Xalq Respublikasının vitse-prezidenti Han Cen, Vaşinqtondakı səfir Şie Fenq, xarici işlər nazirinin müavini Ma Çaoşu və ABŞ-ın Pekindəki nümayəndəsi Devid Perdu, prezident Trampı qarşılayanlar arasında olub.
Mərasimdə təxminən 300 nəfərdən ibarət Çin gəncləri, hərbi fəxri qarovul dəstəsi və hərbi orkestr iştirak edib. Daha sonra, Tramp qara limuzinlə hava limanını tərk edib.
"Biz iki supergücük", - deyə Donald Tramp səfərə yola düşərkən jurnalistlərə bildirib. "Hərbi baxımdan Yer üzündə ən güclü dövlət bizik. Çin isə ikinci hesab olunur."