Son dəqiqə

İsrail ABŞ Mülki Aviasiya hava limanı Ben Qurion Tel Əviv Aviaşirkətlər

Ben Qurion hava limanı faktiki olaraq ABŞ hərbi bazasına çevrilib

BAKI,TurkicWorld Yusif Şərifzadə

İsrailin mülki aviasiya rəhbərliyində təmsil olunan Şmuel Zakay Tel-Əvivdə yerləşən Ben Qurion beynəlxalq hava limanının faktiki olaraq “ABŞ hərbi bazasına” çevrildiyini bildirib.

TurkicWorld xəbər verir ki, o, bu vəziyyətin mülki aviasiyaya və İsrail aviaşirkətlərinə ciddi mənfi təsir göstərdiyini vurğulayıb.

“Yedioth Ahronoth” qəzetinin yaydığı məlumata görə, Zakay nəqliyyat naziri Miri Regevə və Nazirliyin baş direktoru Moşe Ben Zakenə ünvanladığı məktubda hava limanında hərbi fəaliyyətin artmasının xarici aviaşirkətlərin İsrailə geri dönüşünü gecikdirdiyini qeyd edib.

Onun sözlərinə görə, bu vəziyyət yay turizm mövsümü ərəfəsində aviabiletlərin qiymətlərinin bahalaşmasına da səbəb olur.

Zakay bildirib ki, Ben Qurion hava limanının hərbi bazaya çevrilməsi İsrail aviaşirkətlərinin maliyyə sabitliyini təhlükə altına salır və mülki aviasiya sektoruna ciddi zərər vurur.

İsrailli rəsmi əlavə edib ki, hərbi strukturlar mövcud vəziyyətin mülki aviasiyaya və ictimaiyyətə təsirinin miqyasını tam şəkildə qiymətləndirmirlər.

“Ben Qurion hava limanı məhdud mülki fəaliyyət göstərən hərbi bazaya çevrilib”, – deyə Zakay vurğulayıb.

O, ABŞ hərbi təyyarələrinin hava limanından digər hərbi bazalara köçürülməsini təklif edib və bildirib ki, mövcud şərait yalnız aviaşirkətlərə deyil, bütün ölkə vətəndaşlarına mənfi təsir göstərir.

Mövzuya görə xəbərlər