Son dəqiqə

Türkiyə tender Türkiyədə tender

Türkiyədə zirehli nəqliyyat vasitələri üçün ehtiyat hissələri alınacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Şanlıurfa Jandarma Komandanlığının inventarında olan müxtəlif tip və modellərdə zirehli nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması ilə bağlı tender elan edib. Məlumata görə, satınalma iki hissə üzrə ümumilikdə 64 növ ehtiyat hissəsini əhatə edir.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət müqavilə imzalandıqdan sonra ehtiyat hissələrini 20 təqvim günü ərzində təhvil verməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 21 may 2026-ci il tarixinə qədər "Batıkent Mahallesi GAP Bulvarı No:5/A - Karaköprü / Şanlıurfa" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər