Son dəqiqə

Türkiyə İsrail ABŞ Misir Ankara Qətər Donald Tramp Qəzza HƏMAS Marko Rubio Stiv Uitkoff ABŞ və tərəfdaşlar Qəzzada atəşkəsə əməl etməyə çağırdı ABŞ: Qəzzada təmkin və öhdəliklərə sadiqlik vacibdir Qəzza atəşkəsi: dörd ölkədən birgə çağırış Qəzzada sülh planının icrası müzakirə olundu Four countries urge commitment to Gaza ceasefire US-led talks stress compliance with Gaza truce Совместное заявление по прекращению огня в Газе Перемирие в Газе: призыв к выполнению обязательств

ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada atəşkəsin tərəflərini öhdəliklərinə əməl etməyə və təmkin nümayiş etdirməyə çağırıblar. Bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə aparılan danışıqlardan sonra məlumat verib.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi olan Uitkoffla adıçəkilən ölkələrin rəsmiləri 10 oktyabrda qüvvəyə minmiş atəşkəsin birinci mərhələsini nəzərdən keçirmək üçün görüşüblər.

“Prezident tərəfindən hazırlanmış 20 maddəlik sülh planına tam sadiqliyimizi bir daha təsdiqləyirik və bütün tərəfləri öhdəliklərinə əməl etməyə, təmkin nümayiş etdirməyə və monitorinq mexanizmləri ilə əməkdaşlıq etməyə çağırırıq”,- deyə Uitkoff “X” platformasında yaydığı bəyanatda bildirib.

Qəzzada Mülki Müdafiə Xidməti cümə günü İsrailin sığınacaqlardan birinə endirdiyi zərbə nəticəsində altı nəfərin həlak olduğunu açıqlayıb. Bununla da atəşkəsin qüvvəyə mindiyi vaxtdan bəri İsrail atəşi nəticəsində ölən fələstinlilərin sayı 400-ə çatıb.
İsrail isə dəfələrlə “HƏMAS” hərəkatını atəşkəsi pozmaqda ittiham edib. İsrail ordusunun məlumatına görə, oktyabr ayından bu yana Fələstin sektorunda üç israilli əsgər həlak olub.

Yayımlanan bəyanatda sülh razılaşmasının birinci mərhələsində əldə olunan irəliləyişlərə humanitar yardımın genişləndirilməsi, girovların cəsədlərinin qaytarılması, İsrail qüvvələrinin qismən geri çəkilməsi və hərbi əməliyyatların azalmasına diqqət çəkilib.
Dörd ölkə razılaşmanın ikinci mərhələsində nəzərdə tutulan addım kimi, “yaxın müddətdə” keçid idarəetməsinin yaradılması və aktivləşdirilməsinə çağırıb, bu məsələnin icrası ilə bağlı məsləhətləşmələrin qarşıdakı həftələrdə davam edəcəyini qeyd edib.

Razılaşmaya əsasən, İsrailin Qəzzadakı mövcud mövqelərindən geri çəkilməsi, Fələstin sektorunun idarəçiliyinin “HƏMAS” hərəkatı əvəzinə müvəqqəti hakimiyyətə verilməsi və beynəlxalq sabitləşdirmə qüvvəsinin yerləşdirilməsi nəzərdə tutulur.

ABŞ dövlət katibi Marko Rubio isə cümə günü bəzi ölkələrin sabitləşdirmə qüvvəsində iştirak edə biləcəyinə ümid etdiyini bildirib, eyni zamanda “HƏMAS”ın tərksilah edilməsinə çağıraraq bu addımın sülh planının uğuru üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Mövzuya görə xəbərlər