Son dəqiqə

ABŞ Qətər Qəzza zolağı Türkiye Qəzza Qəzzada jurnalistlərin ölümü Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi və tanınma Qəzza müharibəsi 2025 Qəzza telefon danışıqlarının izlənməsi

Türkiyə, ABŞ, Qətər və Misir Miami-də Qəzza üzrə görüş keçirib

BAKI, TurkicWorld, Nailə Babazadə

19 dekabr 2025-ci ildə Miami şəhərində Türkiyə, ABŞ, Qətər və Misirin nümayəndələrinin iştirakı ilə Qəzza üzrə dördlü toplantı keçirilib. Türkiyəni Xarici İşlər Naziri Hakan Fidan təmsil edib.

TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, görüşdə Qəzza sülh planının birinci mərhələsi qiymətləndirilib. Birinci mərhələdə əldə olunan atəşkəsin bəzi pozuntulara baxmayaraq davam etdiyi, rehinələrin azad olunma prosesinin başa çatdığı və qarşıdurmaların böyük ölçüdə dayandırıldığı vurğulanıb.

Toplantıda ikinci mərhələ çərçivəsində Qəzza idarəsinin qəzzalılara verilməsi üçün nəzərdə tutulan tənzimləmələr müzakirə olunub. Eyni zamanda, barış planında yer alan "Barış Kurulu" və "Beynəlxalq İstikrar Qüvvəsi"nin yaradılması ilə bağlı atılacaq addımlar masaya yatırılıb.

Keçeli həmçinin bildirib ki, Hakan Fidan Miami səfəri çərçivəsində yalnız Qəzza gündəmini deyil, həmçinin regional və qlobal sülh üçün diplomatik görüşlər də aparıb. Fidan Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması üzrə digər rəsmilərlə də görüşərək fikir mübadiləsi aparıb.

Mövzuya görə xəbərlər