Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir

BAKI,TurkicWorld

Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

"Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var", - dövlət başçısı qeyd edib.

Mövzuya görə xəbərlər