BAKI, TurkicWorld
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bölmələri təlimdə iştirak etmək üçün Türkiyəyə səfərə gəlib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.
Məlumata əsasən, bölmələr 14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığında keçiriləcək "Heydər Əliyev-2026" təlimində iştirak edəcəklər.
5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Türkiyənin Şəhid Baş Çavuş Bülent Aydın Sərhəd Məntəqəsinin məsuliyyət ərazisində yerləşən Həsrət Körpüsündə qarşılayıb və bayraq dəyişdirmə mərasimi keçirib.







