Son dəqiqə

Türkiyə Ömər Çelik Şimali Kipr Türk Respublikası EOKA terror təşkilatı

ŞKTC sərhədində gərginlik - Şimali Kipr vətəndaşları radikal qrupların hücumuna məruz qaldı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Cənubi Kipr Rum Administrasiyasında (GKRY) terror təşkilatı EOKA-nın quruluş ildönümü bəhanəsi ilə toplaşan radikal qruplar Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) dinc sakinlərinə qarşı hücum ediblər. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik hadisə ilə bağlı bəyanat yayaraq, terror tərəfdarlarının mütləq qanun qarşısında hesab verəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, hadisə ŞKTC-nin Yiğitler Burcu bölgəsində baş verib. Aralarında maskalı şəxslərin də olduğu EOKA tərəfdarları sərhəd xəttinə yaxınlaşaraq Şimal tərəfdəki mülki vətəndaşlara daş və partlayıcı maddələr atıblar. Hücumdan dərhal sonra bölgəyə ŞKTC polis qüvvələri cəlb olunub və təxribatçı qruplar sərhəd xəttindən uzaqlaşdırılıb.

AK Parti sözçüsü Ömer Çelik sosial media hesabından etdiyi paylaşımda "EOKA terror təşkilatı tərəfdarlarının Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşlarına qarşı həyata keçirdiyi alçaq hücumu lənətləyirik. Bu terror tərəfdarları hüquq müstəvisində hesab verməlidir. Kipr türklərinin hər zaman və hər şəraitdə yanındayıq" - deyib.

Mövzuya görə xəbərlər