Son dəqiqə

Türkiyə Bodrum Qeyri-qanuni miqrantlar

Türkiyə sahillərində miqrant qayığı batıb - 11 nəfər həlak olub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Bodrum rayonunun Yalıkavak sahillərində qanunsuz miqrantları daşıyan rezin qayığın batması nəticəsində 11 nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, hadisə yerinə dərhal cəlb olunan Sahil Mühafizə dəstələri 21 miqrantı sağ olaraq xilas edə biliblər.

Əməliyyatlara hava dəstəyi təmin etmək məqsədilə İzmirdən xüsusi Sahil Mühafizə helikopteri də tapşırığa cəlb olunub.

Məlumata görə, 21 nəfər dənizdən çıxarılaraq sahilə gətirilib və onlara ilkin tibbi yardım göstərilib. Axtarışlar zamanı 11 nəfərin cansız bədəni aşkar edilib. Hazırda dənizdə başqa itkin düşənlərin olma ehtimalı nəzərə alınaraq, həm havadan, həm də dənizdən axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.

Türkiyə rəsmiləri bölgədə qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirlərinin gücləndirildiyini və hadisənin baş vermə səbəblərinin araşdırıldığını bildiriblər.

Mövzuya görə xəbərlər